“Çin çip istehsalında rəqabətin yeni mərhələsinə qədəm qoydu”, B.Min

Çin Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının dünya bazarının tədqiqi üzrə direktor müavini Bay Min çip istehsalında rəqabətin yeni mərhələyə qədəm qoyduğunu bildirib

1777600
“Çin çip istehsalında rəqabətin yeni mərhələsinə qədəm qoydu”, B.Min

 

  İqtisadiyyatın bərpasında və iqtisadi artımın sonrakı stimullaşmasında çip istehsalının əhəmiyyətini nəzərə alan Çin yarımkeçiricilər sənayesində sıçrayışa nail olmaq niyyətindədir.

  “China Daily” qəzeti xəbər verir ki, Çin Beynəlxalq Ticarət və İqtisadi Əməkdaşlıq Akademiyasının dünya bazarının tədqiqi üzrə direktor müavini Bay Min çip istehsalında rəqabətin yeni mərhələyə qədəm qoyduğunu bildirib. Onun sözlərinə görə, Çin vergilərin azaldılması və maliyyələşmənin artırılması da daxil olmaqla, bu sektorda güzəştli inkişafı təşviq etmək üçün bir sıra tədbirlər hazırlayıb. Tədbirlərin daha da inkişaf etdiriləcəyinə və gücləndiriləcəyinə əminliyini ifadə edən ekspert yerli şirkətləri çip istehsalı üzrə baza texnologiyalarında irəliləyişə nail olmağa çağırıb.

  Çinin Sənaye və İnformasiya Nazirliyi ölkənin 2021-2025-ci illəri əhatə edən 14-cü beşillik iqtisadi və sosial inkişaf planı ərzində çip istehsalının modernizəsini sürətləndirməyin mühüm vəzifələrdən biri olacağını, kompaniyaların yarımkeçirici avadanlıqların son istehsal texnologiyasında dar yerləri keçmək üçün hər cür təşviq ediləcəyini qeyd edib.

  Bu arada, Avropa Komissiyası yarımkeçiricilər istehsalını stimullaşdırmaq və əsasən 43 milyard avrodan yüksək dövlət və özəl sərmayələri təmin etmək məqsədilə “Çiplər haqda” qanunun (European Chips Act) mətnini dərc edib. Bundan əvvəl isə ABŞ Konqresinin Nümayəndələr Palatası yarımkeçiricilər sənayesinə 52 milyard dollar sərmayə yatırmağı nəzərdə tutan qanun layihəsini təsdiqləyib.



Әlaqәli Xәbәrlәr