Orqanları sıradan çıxmış xəstələrə yeni ümid
ABŞ-da insana donuz ürəyi köçürülüb
1760464
ABŞ-da geni dəyişdirilmiş donuz ürəyi uğurla insana köçürülüb.
TRT xəbər verir ki, bu barədə “New York Times” qəzeti məlumat yayıb.
“Bu, donuz ürəyinin insana ilk uğurlu transplantasiyasıdır. Baltimorda (Merilend ştatı-red) səkkiz saat davam edən əməliyyat keçirilib. Merilend Universitetinin Tibb Mərkəzinin cərrahlarının dediyinə görə, xəstənin vəziyyəti yaxşıdır”, – qəzet yazıb.
57 yaşlı resipiyentin adı Devid Bennetdir. Onun həyatı üçün təhlükə yaradan ürək xəstəliyi olub, geni dəyişdirilmiş donuzun ürəyinin transplantasiyası orqanları sıradan çıxmış yüz minlərlə xəstəyə ümid verir.
Әlaqәli Xәbәrlәr
Zərif fiziki təmas və depressiya
Almaniya və Hollandiya tədqiqatçıları bununla bağlı xüsusi araşdırma aparıblar