Çinin süni peyki məlumat ötürməyə başladı

Çin dekabrın 26-da orbitə buraxılan "ZY-1 02E" yer müşahidə peykinin məlumat ötürməyə başladığını açıqlayıb.

1753480
Çinin süni peyki məlumat ötürməyə başladı

Çin dekabrın 26-da orbitə buraxılan "ZY-1 02E" yer müşahidə peykinin məlumat ötürməyə başladığını açıqlayıb.

Çin Elmlər Akademiyasından (CAS) verilən açıqlamada peykin ilk siqnallarını Pekinin Miyun bölgəsindəki Uzaqdan Zondlama Peyk Yer Stansiyasına göndərdiyi bildirilib.

Açıqlamada qeyd olunub ki, 5 metrlik optik müşahidə peyki stansiyaya iki ötürmədə 159 giqabayt məlumat ötürüb.

"ZY-1 02E" dekabrın 26-da ölkənin şimalındakı Şaanşi əyalətindəki Tayyuan Peyk Mərkəzindən Long March 4C raketi ilə buraxılıb.

Çin Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanmış peyk təbii ehtiyatların monitorinqi, ekoloji monitorinq, fəlakətlərin qarşısının alınması, ətraf mühitin mühafizəsi və şəhərsalma fəaliyyətlərini dəstəkləmək üçün istifadə olunacaq.

“ZY-1 02E” 12 sentyabr 2019-cu ildə orbitə buraxılan eyni funksional “ZY-1 02D” peyki ilə şəbəkə quracaq.



Әlaqәli Xәbәrlәr