Azərbaycanda "TURKOVAC" vaksininin üçüncü faza kliniki sınaqlarına razılıq verilib
Azərbaycanda yeni növ koronavirus (Covid-19) əleyhinə Türkiyə istehsalı olan "TURKOVAC" vaksininin üçüncü faza kliniki sınaqlarına razılıq verilib.
Azərbaycanda yeni növ koronavirus (Covid-19) əleyhinə Türkiyə istehsalı olan "TURKOVAC" vaksininin üçüncü faza kliniki sınaqlarına razılıq verilib.
Bunu Azərbaycan Nazirlər Kabineti yanında Operativ Qərargahın bu gün keçirilən brifinqində səhiyyə nazirinin birinci müavini, səhiyyə nazirinin vəzifələrini müvəqqəti icra edən Teymur Musayev deyib.
Nazirin birinci müavini bildirib ki, Türkiyədə "TURKOVAC" peyvəndinin üçüncü faza kliniki sınaqları davam etdirilir: "Bununla bağlı rəsmi sənədləşmə işləri tamamlanıb və Azərbaycana təqdim edilib. Səhiyyə Nazirliyində aidiyyəti komissiyada həmin sənədlər baxışdan keçirilib".
Әlaqәli Xәbәrlәr
“Gözəgörünməz köpəkbalığı” sualtı qayığı
Avstraliya artıq gələcəyin sualtı qayığına çevrilə biləcək qeyri-adi modelin prototipini işə salıb