Koronavirusun orqanizmdə qalma müddəti

Alimlər koronavirusun orqanizmdə qalma müddətini müəyyən ediblər.

1752798
Koronavirusun orqanizmdə qalma müddəti

Koronavirus bədənin əksər orqanlarına, xüsusən də ürəyə və beyinə daxil olur və orada yeddi aydan çox qala bilir.

Bu barədə ABŞ Milli Səhiyyə İnstitutunun (NIH) alimlərinin araşdırmalarının nəticələrində bildirilib.

Yayılan məlumata görə, mütəxəssislər koronavirusdan ölən 44 şəxsin cəsədindən nümunələri təhlil ediblər və "simptomların özünü göstərməyə başlayandan 230 günə qədər beynin bütün bölgələri də daxil olmaqla bir çox anatomik yerlərdə davamlı SARS-CoV-2 RNT" aşkar ediblər.

Alimlər bildiriblər ki, koronavirus bədənin demək olar ki, bütün orqanlarında aşkar edilib və hətta yüngül simptomları olan xəstələrdə də geniş yayılıb. Eyni zamanda, tənəffüs yollarından kənarda ciddi iltihab müəyyən edilməyib.



Әlaqәli Xәbәrlәr