“Elm Yaymaq” mükafatları təqdim edildi

Elm Yaymaq Fondu tərəfindən verilən 2021-ci il “Elm Yaymaq” mükafatları İstanbul Dolmabahçe Sarayında təşkil edilən mərasimlə sahiblərinə təqdim edilib.

1749842
“Elm Yaymaq” mükafatları təqdim edildi

Prezident Rəcəb Tayyib Ərdoğan Elm Yaymaq Fondu tərəfindən Dolmabahçe Sarayında keçirilən tədbirdə mükafata layiq görülənləri təbrik edib:“Elm Yaymaq Mükafatlarına akademik aləmdə göstərilən maraq, fondumuzun bu sahədə də möhkəm təmələ malik olduğunu göz önünə sərir. Bu sahədə mənimsənmiş dəgərlərə sadiq qaldığınız müddətdə sizinlə olacağam”.

Mərasimdə fondun böyük mükafatına professor Doktor Zəkai Şən, “İctimai Elmlər” mükafatına, dosent Hümeyra Özturan, “Mühəndislik, təbiət və Sağlamlık Elmləri” mükafatına isə Professor Doktor Mustafa Soylak layiq görülüb. Şənə mükafatını prezident Ərdoğan, Özturana Türkiyə Böyük Millət Məclisinin (TBMM) sədri Şəntop və Soylaka isə Ədalət və İnkişaf Partiyasının (AK Partiya) sədr əvəzi Yıldırım təqdim edib.

Mərasim Elm Yaymaq Dərnəyinin sədri Yusuf Tülünün prezident Ərdoğana hədiyyə təqdimi ilə yekunlaşıb.

Elm Yaymaq  Fondu mükafatları ilə Türkiyədə elmi araşdırmaların etibarını artırmaq, uşaq və gənclərin akademik karyeraya marağını artırmaq, onları alim olmağa təşviq etmək məqsəd götürülüb.



Әlaqәli Xәbәrlәr