Türkiyənin növbəti süni peyki - “TürkSAT 5B” dekabrda kosmosa göndəriləcək

"Türksat 5B" süni peykinin dekabrın sonunda orbitə çıxarılmasının planlaşdırıldığı açıqlanıb.

1737903
Türkiyənin növbəti süni peyki - “TürkSAT 5B” dekabrda kosmosa göndəriləcək

"Türksat 5B" süni peykinin dekabrın sonunda orbitə çıxarılmasının planlaşdırıldığı açıqlanıb.

Nəqliyyat və infrastruktur naziri Adil Karaismailoğlu verdiyi yazılı açıqlamada "Türksat 5B" süni peykinin dizayn və istehsal mərhələlərinin uğurla tamamlandığını bildirib.

Karaismailoğlu “Süni peykin mövcud layihə cədvəlinə görə, 2021-ci ilin dekabr ayının sonunda ABŞ-ın Florida ştatındakı “Canaveral” kosmodromundan “Falcon-9” kosmik daşıyıcısı ilə orbitə buraxılması planlaşdırılır" deyib.

Genişzolaqlı məlumat ötürmə qabiliyyəti ilə peyk Orta Şərq, Körfəz ölkələri, Qırmızı dəniz, Aralıq dənizi, Şimali və Şərqi Afrika, Nigeriya, Cənubi Afrika və qonşu ölkələr də daxil olmaqla geniş əhatə dairəsində xidmət göstərəcək.

“TürkSAT 5B”nin manevr ömrünün 35 ildən çox olacağı ehtimal edilir. Peykin istismara verilməsi ilə “TÜRKSAT A.Ş.”ə aid rabitə peyklərinin sayı beşə çatdırılacaq.



Әlaqәli Xәbәrlәr