NASA asteroidləri toqquşduracaq

Toqquşmadan təxminən 10 gün əvvəl bir miniatür peyk kosmik gəminin gövdəsindən ayrılaraq hadisəni Yer kürəsi üçün görüntülü çəkəcək

1737736
NASA asteroidləri toqquşduracaq

 

  Amerika Milli Aeronavtika və Kosmos İdarəsi – NASA 24 noyabrdan orbiti dəyişdirmək üçün bir asteroidə qəsdli toqquşma vəzifəsini yerinə yetirəcək.

  NASA “Cüt asteroid istiqamət dəyişdirmə testi” (DART) adını verdiyi bu missiyası ilə Yer kürəsinə çarparaq planetin sonunu gətirə biləcək göy cisimlərinə qarşı necə müdafiə təmin edilə biləcəyini yoxlamağı planlaşdırır.

  610 kiloqram ağırlığındakı DART kosmik gəmisi noyabrın 24-də ABŞ-ın Kaliforniya ştatındakı Vandenberq Kosmos Qüvvələri Bazasından “SpaceX Falcon 9” raketi fəzaya atılacaq.

  “Didymos” sistemindəki “Dimorphos” asteroidini hədəf alacaq kosmik gəminin bu missiyanı 26 sentyabr - 1 oktyabr (2022) tarixləri arasında reallaşdırması nəzərdə tutulur.

  Toqquşmadan təxminən 10 gün əvvəl bir miniatür peyk kosmik gəminin gövdəsindən ayrılaraq hadisəni Yer kürəsi üçün görüntülü çəkəcək.

  2024-cü ilin noyabrında isə Avropa Kosmos Agentliyinə aid “Hera” kosmik gəmisi “Didymos” sisteminə baş çəkərək toqquşmanın nəticələrini yaxından analiz edəcək.



Әlaqәli Xәbәrlәr