Çay və qəhvə içməyin iflic və demansa təsiri

Çin alimləri tərəfindən çay və qəhvə içmənin iflic və demans xəstəliklərinə olan təsiri araşdırılıb

1735319
Çay və qəhvə içməyin iflic və demansa təsiri

 

  Çin alimləri tərəfindən çay və qəhvə içmənin iflic və demans xəstəliklərinə olan təsiri araşdırılıb.

  Növünün ən böyüyü olan bu tədqiqat işində 50-74 yaş aralığındakı 365 min nəfər 10 ildən çox bir müddət ərzində izlənilib.

  “The Guardian”da çıxan yazıya görə, Çinin Tianjin Tibb Universitetindən Yuan Zhanq və elmi qrupunun apardığı araşdırma boyu iştirakçıların 5079-unda demans inkişaf edib, 10.053-ü isə ən az bir dəfə iflic keçirib.

  Tədqiqatçılar gündə 2-3 fincan qəhvə, 3-5 fincan çay və ya ümumilikdə 4-6 fincan qəhvə və çayı bir yerdə içən adamlarda iflic keçirmə və demans olma riskinin çox az olduğu təsbit edilib.

  Gündə 2-3 fincan qəhvə və ya 2-3 fincan çay içənlərdə iflic keçirmə riskinin 32 və demans riskinin isə 28 faiz aşağı olduğu müəyyənləşib.

  Nəticələri “Plos Medicine” jurnalında dərc olunan elmi araşdırmanın tədqiqatçıları bildirib: "Araşdırmamız göstərdi ki, qəhvə və çay ayrı-ayrılıqda və ya birlikdə orta səviyyədə içildiyi zaman daha az iflic və demans riski olur".



Әlaqәli Xәbәrlәr