"Facebook" 10 min nəfəri işə götürəcək

"Facebook" avrozonada 5 il ərzində 10 min nəfəri işə götürəcək.

1721130
"Facebook" 10 min nəfəri işə götürəcək

"Facebook"un internet saytında bu barədə məlumat yayılıb. Bildirilib ki, Avropa ölkələrində , kollektiv virtual paylaşım sahəsi adlandırılan və yeni nəsil internetin bir hissəsi hesab edilən “Metaverse” in tərkibində 10 min nəfər işə götürüləcək. Şərhdə həmçinin qeyd edilib ki, işə götürüləcək yüksək ixtisaslı işçilər gələcəyin internetini genişləndirməyi təmin edəcək "Metaverse"-in formalaşmasına töhfə verəcək. Bu sahədə həyata keçiriləcək investiya Avropa texnologiya sektorunun gücünə və Avropa texnologiya istedadının potensialına etimadı artıracaq.

"Facebook"un qurucusu və ali meneceri Mark Zuckerberg, tətbiqi smartfonlardan və ya ekranlardan baxmak üçün yox, içinə nüfüz ediləcək bir internet olaraq xarekterizə edib.



Әlaqәli Xәbәrlәr