“Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbi

Hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

1714872
“Facebook”, “Instagram” və “WhatsApp”da yaranmış problemin səbəbi

“Facebook” şirkətinin verdiyi açıqlamaya əsasən, “Facebook”, “Instagram” və “WhatsApp” xidmətlərinin göstərilməsində dayanmalara konfiqurasiyada səhvən edilən dəyişiklik səbəb olub.

Şirkətin data mərkəzləri arasında trafiki təşkil edən əsas şəbəkə qurğularının konfiqurasiyasında edilən dəyişikliklər daxili sistem və şəbəkələrə təsir göstərib və bərpa prosesini çətinləşdirib.

Hazırda istifadəçilərin məlumatlarının sızmasına dair hər hansı sübut yoxdur.

 



Әlaqәli Xәbәrlәr