Gündə üç fincan qəhvə infarkt riskini nə qədər azaldır?
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb
Gündə üç fincan qəhvə infarkt riskini 21 faiz azaldır.
Macarıstanın Zemmelvels (Semmelweis) Universiteti bu günə qədər reallaşdırılan ən geniş qəhvə araşdırması aparıb.
11 il boyu 468 min 629 adamın qəhvə istehlakı ilə sağlıq problemləri arasındakı əlaqə araşdırılıb, "Qəhvə ürək xəstəliyi riskini əhəmiyyətli ölçüdə azaldır" nəticəsinə gəlinib.
Araşdırmaya görə, gündə 3 fincan qəhvə içmək ürək xəstəliklərindən yaranan ölüm riskini 17, infarktı 21 faiz azaldır.
Amerika Milli Xərçəng İnstitutu da 2020-ci ildə gündə 6-7 fincan qəhvə içmənin xəstəlikdən ölüm ehtimalını 16 faiz azaltdığını araşdırmışdı.
Bundan başqa, qəhvə depressiyanı 20, şəkəri isə 27 azaldır.
Mütəxəssislər içərisindəki qatqılara görə qəhvənin sağlığa zərərli ola biləcəyi barəsində də qeydlər ediblər.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub