Türkiyənin Ay missiyası üçün testi uğurlu keçdi

Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın 9 fevralda elan etdiyi Milli Kosmos Proqramındakı hədəflərlə bağlı işlər fasiləsiz davam edir

1677461
Türkiyənin Ay missiyası üçün testi uğurlu keçdi

 

  Türkiyə Cümhuriyyətinin 100-cü ildönümündə (2023) Aya göndəriləcək insansız kosmik gəmidə istifadə edilməsi planlanan, hibrit mühərrik texnologiyasıyla inkişaf etdirilən Sonda Raket Sisteminin (SORS) test uçuşu müvəffəqiyyətlə tamamlandı.

  Ölkə başçısı Rəcəb Tayyib Ərdoğanın 9 fevralda elan etdiyi Milli Kosmos Proqramındakı hədəflərlə bağlı işlər fasiləsiz davam edir. Proqramın ən mühüm qısa vədəli hədəfi 2023-cü ildə milli və xüsusi texnologiyalardan istifadə edərək Aya kosmik gəmi ilə sərt eniş reallaşdırmaqdır.

  Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Prezident Administrasiyası Müdafiə Sənayesi Departamentinin iştirakı ilə Delta V Kosmos Texnologiyaları Anonim Şirkətinin inkişaf etdirdiyi SORS-un atma testləri üçün Sinop Test Mərkəzində olub.  

  M.Varank Milli Kosmos Proqramının hədəflərindən birinin 2023-cü ildə Aya sərt eniş reallaşdırmaq olduğunu xatırladaraq deyib: "Artıq kosmik gəmimizin dizaynına başladıq.

  Sinopda Delta V tərəfindən edilən testlərdə son hədəf hibrit motorlu raketlərlə birlikdə 100 kilometrlik kosmik sərhədi keçə bilməkdir.

  Ay missiyası üçün icra edilən işlər müvəffəqiyyətlə irəliləyir. Addım-addım Aya yaxınlaşırıq, Ay missiyasındakı hədəflərimizə yaxınlaşırıq.

  Milli Kosmos Proqramındakı digər hədəf olan kosmosa insan göndərmək müddəti də sürətləndiriləcək.”

  Türkiyənin sənaye və texnologiya naziri ilə heyəti maye oksigendən qidalanan Sondanın atılmadan əvvəl dolma müddəti və digər hazırlıqlarının tamamlanmasından sonra test idarə binasına keçib. Burada edilən son təhlükəsizlik işlərindən sonra SORS-un atma-fırlatma testi edilib.

  Nazir Mustafa Varankın əmriylə atılan Sonda raketinin Sinopda edilən testi müvəffəqiyyətlə keçib.



Әlaqәli Xәbәrlәr