Johnson & Johnson peyvəndi nevrologiya problemlərin yaranmasına səbəb olur

Johnson & Johnson şirkəti tərəfindən hazırlanan yeni növ koronavirus (Kovid-19) əleyhinə peyvənd nevrologiya problemlərin yaranmasına səbəb olar.

1674548
Johnson & Johnson peyvəndi nevrologiya problemlərin yaranmasına səbəb olur

Amerika Birləşmiş Ştatları (ABŞ) Qida və Dərman İdarəsi (FDA) bu barədə açıqlama verib. Bildirilib ki, FDA Guillain-Barre Sindromu (GBS) kimi tanınan 100-ə yaxın hadisə araşdırıb. Bu xəstəlik Johnson&Johnson şirkətinin hazırladığı peyvənd ilə konkret olaraq əlaqəlindirilməsə də, kiçik, lakin mümkün bir risk daşıyacağı qərarına qəlinib.

ABŞ Qida və Dərman İdarəsinin (FDA) açıqlamasında GBS xəstəliyi ilə əlaqəli hadisələrin ümumiyyətlə 50 və yuxarı yaşlılarda qeydə alındığına və simptomların peyvənd vurulduqdan iki həftə sonra müşahidə olunduğuna diqqət çəkilib.

Mütəxəssislər isə Johnson& Johnson peyvəndi ilə GBS arasında ehtimal olunan əlaqəni araşdırmaqda davam edəcəklərini, ahcaq hələlik peyvəndin təhlükəsiz və təsirli olduğunu, potensial faydalarının risklərdən daha çox olduğunu qeyd ediblər.

Guillain-Barre Sindromunun (GBS) sinir sisteminə hücum etdiyi, nizamsız ürək atışlarına (aritmiya), nəfəs alma çətinliyinə və bir çox problemə səbəb olduğu qeyd edilir.



Әlaqәli Xәbәrlәr