"Gökbey" helikopterinin 3-cü prototipinin ilk uçuşu reallaşıb

Sertifikatlaşdırma sınaq işləri davam edən "Gökbey" helikopterinin 3-cü prototipinin ilk uçuşu uğurla başa çatıb.

1666402
"Gökbey" helikopterinin 3-cü prototipinin ilk uçuşu reallaşıb

Türkiyə Prezidenti Administrasiyasının Müdafiə Sənayesi İdarəsinin rəhbəri İsmail Demir sertifikatlaşdırma sınaq işləri davam edən "Gökbey" helikopterinin 3-cü prototipinin ilk uçuşunun uğurla başa çatdığını bildirib. 

İsmail Demir “Twitter”dəki hesabından məlumat paylaşaraq, "Təxminən 40 dəqiqə davam edən bu uçuşla uçuş test fəaliyyətlərinə daha yeni bir prototip daxil etdik" deyib. 

O, paylaşımında helikopterin qalxma və enmə görüntülərinin videosunu da əlavə edib.



Әlaqәli Xәbәrlәr