Yerli vaksin "VLP"-nin ikinci fazası könüllülərə tətbiq olunur

Dünya Səhiyyə Təşkilatının peyvənd namizədləri siyahısında yer alan virusa bənzər hissəciklərə (VLP) əsaslanan vaksin ikinci  mərhələsində könüllülərə tətbiq olunmağa başlayıb.

1665355
Yerli vaksin "VLP"-nin ikinci fazası könüllülərə tətbiq olunur

Türkiyə Elm və Texnologiya Araşdırma Təşkilatı (TÜBİTAK)  "Covid-19" Türkiyə Platforması daxilində hazırlanan və Dünya Səhiyyə Təşkilatının peyvənd namizədləri siyahısında yer alan virusa bənzər hissəciklərə (VLP) əsaslanan vaksin ikinci  mərhələsində könüllülərə tətbiq olunmağa başlayıb.

TÜBİTAK-ın sədri prof.dr. Həsən Mandal "VLP" əsaslı peyvəndin ikinci mərhələsinin könüllülərə tətbiq edilməsi münasibətilə Ankara Onkoloji Xəstəxanasında təşkil edilən proqrama qatılıb.

Mandal "VLP" peyvəndinin ikinci mərhələsilə bağlı fəaliyyətlərin tamamlandığını və ilk könüllülərin peyvəndlənmə prosesinə başlandığını bildirib.

Mandal İngiltərə "virusu təqlid edən yenilikçi bir peyvənd qrupu" olan "VLP" peyvəndinin ingilis varianıtana qarşı hazırlanan bir versiyasının da ikinci mərhələdə istifadə olunacağını vurğulayıb.
İkinci mərhələ fəaliyyətlərinin birinci mərhələdən fərqli olaraq 3 mərkəzdə aparılacağını bildirən Mandal "VLP" peyvəndinin variantlar üçün çox sürətli inkişaf etdirilə biləcəyini bildirib.

ODTÜ-dən (Orta Doğu Texniki Universiteti) prof. dr. Mayda Gürsel ilə peyvəndi hazırlayan Bilkent Universitetindən prof. dr. İhsan Gürsel peyvəndin həm Vuhan, həm də İngiltərə variantları üçün hazırlandığına diqqət çəkərək, peyvəndin xatırlatma dozalarında da təsirli olacağını düşündüklərini qeyd ediblər.

Təxminən 330 könüllü ilə həyata keçiriləcək "VLP" peyvəndinin ikinci mərhələ fəaliyyətlərinin iyul ayının sonuna kimi tamamlanması planlaşdırılır.



Әlaqәli Xәbәrlәr