Türkiyə koronavirusa qarşı tətbiq olunan vaksinasiya siyahısında dünyada 8-ci yerdədir

Türkiyə yeni növ koronavirus (Covid-19) qarşı tətbiq olunan vaksinlərin ümumi sayına görə dünyada 8-ci yerdədir.

1665356
Türkiyə koronavirusa qarşı tətbiq olunan vaksinasiya siyahısında dünyada 8-ci yerdədir

Türkiyə yeni növ koronavirus (Covid-19) qarşı tətbiq olunan vaksinlərin ümumi sayına görə dünyada 8-ci yerdədir.

"Covid-19" əleyhinə peyvəndlənmə məlumatlarının yer aldığı "Ourworldindata.org" saytına görə, Çin 1 milyard 140 milyon doza ilə ən çox vaksin tətbiq edilən ölkədir.

Çini; 321 milyon 200 min ilə ABŞ, 306 milyon 660 bin ile Hindistan, 92 milyon 920 min ilə Braziliya, 75 milyon 960 bin ilə İngiltərə, 71 milyon 440 min ilə Almaniya, 50 milyon 990 min ilə Fransa, 48 milyon 930 min ilə İtaliya, 46 milyon 686 min doza ilə Türkiyə, 42 milyon 790 min ilə Meksika və 38 milyon 810 min ilə İspaniya izləyib.

Dünyada miqyasında "Covid-19" əleyhinə tətbiq olunan vaksin 2 milyard 880 milyon dozanı keçib.

Əhali ilə müqayisədə ən yüksək peyvənd dozası tətbiq edilən ölkə hər 100 adam başına düşən 151.06 doza sayı ilə Birləşmiş Ərəb Əmirlikləri olub.

Ümumilikdə vaksin sayına görə dünyada 8-ci yeri tutan Türkiyədə isə hər 100 nəfərə düşən peyvənd sayı 55.29 olub. 31 milyon 886 min 563 nəfərə birinci doza, 14 milyon 800 min 116 nəfərə isə ikinci doza vaksinlər tətbiq edilib.



Әlaqәli Xәbәrlәr