Mustafa Varanak: "Yerli və milli istehsal Türkiyənin xaricə olan asılılığını aradan qaldırdı"

Sənaye və texnologiya naziri Mustafa Varank müdafiə sənayesi sahəsində yerli və milli istehsalın Türkiyənin xaricə olan asılılığını aradan qaldırdığını söyləyib.

1664066

Nazir Varank paytaxt Ankarada Həssas İdarə olunan raket dəsti-82-nin təhvil mərasimində etdiyi çıxışında artıq ölkələrin siyasi müstəqilliyinin müdafiə sənayesində asılı olmamasından keçdiyini diqqətə çatdıraraq, bu mövzuda Türkiyəyə qarşı tətbiq edilən gizli və açıq embarqoları yerli və milli istehsal ilə təsirsiz hala gətirdiklərini bildirib.

Varank Türkiyənin 70 faizdən çox yerli istehsala sahib, 10 milyard dollarlıq qazancı, 3 milyard dollarlıq ixracı keçən bir müdafiə sənayesi olduğunu bildirib.

"Quru, hava və dəniz sistemlərində böyük addımlar atdıq. "Hürkuş", "MİLGEM", "MİLDAR" kimi layihələrlə yolumuza davam edirik. PUA-larımız dünya gündəmində və qəzet başlıqlarında ön sıralarda yer alır. İnşallah döyüşən PUA-lar istehsal etdiyimiz zaman dünya F-35-lərdən deyil, döyüşən PUA-lardan danışacaq. Bu anda "TCG Anadolu" gəmimizin istehsalı davam edir. Sabit qanadlı PUA-larımızı "TCG Anadolu"ya endirib qaldıra biləcəyimizə ümid edirəm. Uğur qazandıqda bunu edə bilən dünyada yeganə ölkə olacağıq" deyə nazir qeyd edib.

Әlaqәli Xәbәrlәr