Prezident Ərdoğan yerli peyvəndin adının “TURKOVAC” olduğunu elan etdi

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

1662784
Prezident Ərdoğan yerli peyvəndin adının “TURKOVAC” olduğunu elan etdi

Türkiyənin koronavirus əleyhinə hazırladığı vaksinə “TURKOVAC” adı verilib.

Prezident Rəcəb Tayyib Ərdoğan könüllülərə yerli aşının üçüncü fazasının ilk dozasının vurulduğu Ankara Şəhər Xəstəxanasındakı mərasimə video-konfrans vasitəsilə qatılıb.

Dövlət başçısı “Ölkəmizi bu pendemiya bəlasından tez zamanda qurtarmaq üçün yerli peyvəndimizin olması böyük əhəmiyyət kəsb edir.  Üçüncü fazanın ilk tətbiqi ilə birlikdə Türkiyə artıq bu sahədə bir dönəmin qapılarını açır. Bir neçə həftə ərzində ölkəmizdəki 18 yaşdan yuxarı əhalinin hamısının peyvəndlənməsinə nail olacağıq" deyə vurğulayıb. 

Prezident Ərdoğan yerli "Covid-19" peyvəndin adının "TURKOVAC" olduğunu da elan edib. 


Etiketlәr: #TURKOVAC

Әlaqәli Xәbәrlәr