Malayziyada itdən insana keçə bilən yeni koronavirus növü aşkarlandı

Malayziyanın Saravak əyalətində 2017-2018-ci ildə xəstəxanaya yatırdılmış 301 sətəlcəm xəstəsindən alınan burun-mukus nümunələri araşdırılıb...

1644250
Malayziyada itdən insana keçə bilən yeni koronavirus növü aşkarlandı

 

  Malayziyada itdən insana keçə bilən və sətəlcəmə səbəb olan yeni bir koronavirus növü təsbit edildi.

  Amerika Birləşmiş Ştatları mərkəzli klinik yoluxucu xəstəliklərlə bağlı jurnalda çıxan elmi tədqiqata görə, Malayziyanın Saravak əyalətində 2017-2018-ci ildə xəstəxanaya yatırdılmış 301 sətəlcəm xəstəsindən alınan burun-mukus nümunələri araşdırılıb. Bu xəstələrdən əksəriyyəti 5 yaşdan aşağı olmaqla 8-ində itlərdə görünən koronavirus növü olduğu məlum olub.

  Yeni koronavirus növünə "CCoV-HuPn-2018" adını verən alimlər bu virusun daha əvvəl pişik və donuzlarda görünən virusla eyni xüsusiyyətlərə malik olduğunu deyiblər.  

  Virusun insandan insana bulaşıb-bulaşmadığını dəqiqləşdirmək üçün araşdırmalar davam edir. Amma insandan insana yoluxuculuğu təsdiqlənərsə, bu virusun indiyə qədər kəşf edilən və insanda xəstəliyə səbəb olan 8-ci koronavirus növü olacağı bildirilib.



Әlaqәli Xәbәrlәr