"Sputnik V" peyvəndinin Türkiyədə istehsalı ilə bağlı razılıq əldə olunub
Rusiya Birbaşa İnvestisiya Fondu ilə Türkiyədəki əczaçılıq şirkətlərindən biri "Sputnik V" peyvəndinin Türkiyədə istehsal olunması barədə razılaşıb.
Rusiya Birbaşa İnvestisiya Fondu ilə Türkiyədəki əczaçılıq şirkətlərindən biri "Sputnik V" peyvəndinin Türkiyədə istehsal olunması barədə razılaşıb.
Rusiya Birbaşa İnvestisiya Fondunun mövzu ilə əlaqədar verdiyi açıqlamada "Sputnik V" peyvəndinin Türkiyədə istehsalı üçün şirkətlərdən birilə razılıq əldə olunduğu bildirilib.
Əczaçılıq şirkətinin gələn aylarda Türkiyənin bir çox obyektində istehsalata başlamağı hədəf aldığına diqqət çəkilib.
"Sputnik V" peyvəndi Rusiyada Qamaleya adına Milli Epidemiologiya və Mikrobiologiya Tədqiqatları Mərkəzinin ərsəyə gətirdiyi vaksindir.
Bu ilin əvvəlində "The Lancet" jurnalı peyvəndin effektivliyinin 91,6 faiz olduğunu bildirmişdi.
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub