Ayrı-ayrı yerlərdə yaşayan insanlarda ağılitirmə prosesi

Araşdırma Viskonsin (Wisconsin) ştatında yaşayan 601 adam üzərində 10 il aparılıb

1625672
Ayrı-ayrı yerlərdə yaşayan insanlarda ağılitirmə prosesi

 

  Alimlər geri qalmış yaşayış yerlərindəki insanlarda beynin demans (ağıl itirmə) ilə əlaqəli bölgələrində kiçilmə gördükləri halda digər qruplarda hər hansı kiçilmə müşahidə etmədiklərini bildiriblər.

  Araşdırma Viskonsin (Wisconsin) ştatında yaşayan 601 adam üzərində 10 il aparılıb.

  Adamların beyninin demansla bağlı qisimləri müəyyən aralıqlarda ölçülərək bu qrupa yaddaş testləri kimi bir sıra qiymətləndirmə texnikaları tətbiq olunub.

  Alim Emi C.H.Kind (Amy J.H.Kind) sözügedən mövzu ilə bağlı deyib: “Demansın qəti müalicəsi yoxdur; bəzən eyni şəkildə davam edir, bəzənsə tətikləyici faktorlar onu sürətləndirir. İnsanların yaşadığı ictimai, mədəni və fiziki şərtlər demans və beyin kiçilməsinə təsir edir. Buna aid elmi sübutlar da vardır. Geri qalmış məskunlaşma yerlərindəki insanlar demansa qarşı daha müdafiəsizdir. Bunda hava çirkliliyi, əskik tibb xidmətləri, stresli həyat və qeyri-sağlam qidalanma da rol oynayır”.

  Araşdırma Amerika Nevrologiya Akademiyasının tibb jurnalı “Neurology”də dərc olunub.



Әlaqәli Xәbәrlәr