Kosmosda 6 ay qalan 3 kosmonavt Yerə qayıtdı

Beynəlxalq Kosmos Stansiyasında hal-hazırda ikisi Rusiya, 4-ü Amerika və biri Yaponiyadan olmaqla 7 nəfərlik qrup vardır

1623084
Kosmosda 6 ay qalan 3 kosmonavt Yerə qayıtdı

 

  Biri amerikalı, ikisi rusiyalı olmaqla kosmosda 6 ay qalan üç kosmonavt “Soyuz MS-17” kosmik gəmisi ilə Yerə qayıtdı.

  Beynəlxalq Kosmos Stansiyasında vəzifələrini icra edən rusiyalı kosmonavtlar Sergey Rıjikov və Sergey Kud-Svreçkov ilə amerikalı astronavt Keyt Rubinsi aparan “Soyuz MS-17” kosmik gəmisi yerli saatla 10.55-də Qazaxıstanın Jezkazqan şəhərindən 147 kilometr aralıda çöllük əraziyə müvəffəqiyyətlə enib.

  Kosmik qrup Beynəlxalq Kosmos Stansiyasında olduğu 6 ay boyu tibb, kosmik biologiya, biyoteknologiya kimi sahələrdə 44 təcrübə aparıb.

  Beynəlxalq Kosmos Stansiyasında hal-hazırda ikisi Rusiya, 4-ü Amerika və biri Yaponiyadan olmaqla 7 nəfərlik qrup vardır.

  Qeyd edək ki, Beynəlxalq Kosmos Stansiyası Amerika Birləşmiş Ştatlarının Milli Havaçılıq və Kosmos Agentliyi (NASA), Rusiyanın Kosmos Fəaliyyətləri Təşkilatı – “Roscosmos”, Avropa Kosmos Agentliyi, Kanada Kosmos Agentliyi və Yaponiya Kosmos Araşdırma Agentliyi tərəfindən ortaq şəkildə işlədilir.



Әlaqәli Xәbәrlәr