Kanadada qrafen tərkibli maskalar qadağan edildi

“Hindustan Times”in yazdığına görə...

1614183
Kanadada qrafen tərkibli maskalar qadağan edildi

 

  Kanadada qrafen tərkibli maskalar qadağan edildi

  Kanadada qrafen (karbonun çoxatomlu təbəqəsi) tərkibli maskalar qadağan edildi.

  “Hindustan Times”in yazdığına görə, Kanada Səhiyyə Nazirliyinin martın 2-də verdiyi tapşırığa əsasən, meydana gətirə biləcəyi sağlıq riskləri səbəbindən qrafen tərkibli maskaların istehsal və idxalatı dayandırılacaq.

  Qrafen ehtiva edən maskalar üzərində araşdırma aparan mütəxəssislərin ilkin dəyərləndirməsinə görə, nəfəs alarkən qrafen parçacıqları ağciyər toksikliyinə səbəb ola bilir.

  Bazarda satılan qrafenli maskalar iki cürdür: antiviral və antibakteriyel.

  Qeyd edək ki, Kanada və Hindistanda nano teknologiyası ilə istehsal olunan maskalar daha geniş şəkildə istifadə edilir.



Әlaqәli Xәbәrlәr