"Türkiyə ağıllı telefonların istehsalında bölgənin mərkəzinə çevriləcək", R.T.Erdoğan

Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyənin ağıllı telefonların (smartfon) istehsalçıları üçün bölgənin istehsal bazası olma yolunda əmin addımlarla irəlilədiyini söyləyib.

1610548

Ərdoğan "Xiaomi" və iş ortağı "Salcomp"un  ağıllı telefon istehsalı üçün Türkiyədə 30 milyon dollarlıq sərmayə qoyması barədə bəyanat verib.

Ərdoğan sərmayə qoyuluşu üçün firmaya təşəkkür edib və Türkiyənin ağıllı telefon istehsal bazası olmasını hədəflədiklərini, bu istiqamətdə əmin addımlarla irəlilədiklərini vurğulayıb.

Prezident "İllik 10 milyondan artıq cib telefonu satışının reallaşdığı, Avropa, Rusiya və Orta Şərq bazarlarının birləşmə nöqtəsi Türkiyə ağıllı telefon istehsalçıları üçün bölgənin istehsal mərkəzi olma yolunda irəliləyir" deyib.
"Xiaomi" və iş ortağı "Salcomp"un təqribən 30 milyon dollarlıq sərmayə ilə, 14 min kvatdart metrlik ərazidə qurduğu Türkiyədəki fabrikinin illik 5 milyonluq istehsal gücü ilə 2 min nəfərə də məşğulluq təmin edəcəyini bildirib.

Ərdoğan "Dünyanın "Covid-19" epidemiyası səbəbilə çətin günlər keçirdiyi bir zamanda sizlərin şəxsində Türkiyəyə etimad edən, ölkəmizin potensiyalına və gələcəyinə inanan bütün sərmayədarlara şəxsim və millətim adından təşəkkür edirəm" ifadələrindən istifadə edib.

Әlaqәli Xәbәrlәr