Türkiyədə Oppo marka smartfonun istehsalına başlandı

İstanbul Tuzlada qurulan fabrikdə Çinin Oppo adı ilə bilinən smartfonun sınaq istehsalına başlandı.

1597206
Türkiyədə Oppo marka smartfonun istehsalına başlandı

Sənaye və Texnologiya naziri Mustafa Varank bu barədə açıqlama verib. Nazir aparılan quraşdırma işləri və sınaq istehsalına dair məlumat almaq üçün Müəssisənin qurulduğu əraziyə baş çəkib. Onu OPPO şirkətinin Türkiyə üzrə meneceri Weijia Zhou, fabrikin idarəçisi Zhu Lianbing və Türkiyə üzrə ictimai əlaqələr direktörü Dəniz Əkrəm müşayiət edib. Varank zavodun rəsmi olaraq istifadəyə verilməsi üçün gün saydıqlarını, qısa müddət ərzində OPPO adı ilə istehsal ediləcək yerli smartfonların satışına başlanacağını qeyd edib.

Türkiyənin, avtomobil, ev avadanlıqları və mebel istehsalında Avropanın mərkəzi bazası mövqeyində olduğunu ifadə edən nazir Türkiyəyə investisiya yatıran beynəlxalq sərmayəçilərin qazancının arzu etdikləri seviyyələrdə olduğunu, bir çox beynəlxalq şirkətin Türkiyədə istehsal həcmini artırmaq qərarına gəlməsinin isə bunun göstəricisi olduğunu söyləyib və qlobal şirkətlərin Türkiyədə isvestisiya yatırmaq marağının hər keçən gün artığını sözlərinə əlavə edib.



Әlaqәli Xәbәrlәr