"Akıncı" pilotsuz uçuş aparatı ilin sonunadək TSQ-yə təhvil veriləcək

"Akıncı" adlı pilotsuz hücum aparatı (TPUA) ilk olaraq Türk Hava Qüvvələri ilə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

1592412
"Akıncı" pilotsuz uçuş aparatı ilin sonunadək TSQ-yə təhvil veriləcək

"Akıncı" adlı pilotsuz hücum aparatı (TPUA) ilk olaraq Türk Hava Qüvvələri ilə Hərbi Dəniz Qüvvələrinə təhvil veriləcək.

Baykar Müdafiə şirkətinin baş direktoru Haluk Bayraktar "Akıncı" TPUA ilə əlaqədar açıqlama verib.

İndiyə qədər üç prototipi istehsal olunan "Akıncı TPUA"-nın qısa müddətdə atışlı sınaqlara başlayacağı gözlənilir.

Türk Silahlı Qüvvələrinə (TSQ) ilk "Akıncı TPUA"nın təhvil verilməsinin 2021-ci ilin axırınadək həyata keçirməyi planlaşdıran Baykar Müdafiə şirkzəti zaman ərzində PUA-nın fərqli konfiqurasiyalarını inkişaf etdirməyi hədəfləyir. "Akıncı"nın kütləvi istehsal fəaliyyətləri də artıq başlayıb.

"Akıncı TİHA" inkişaf etmiş texniki imkanları sayəsində döyüş təyyarələri tərəfindən yerinə yetirilən bəzi vəzifələri icra edə biləcək.

Özünə məxsus bükülü qanad quruluşu ilə 20 metr qanad genişliyinə və çox sayda döyüş sursatına sahib olacaq "Akıncı"; 40 min fut yüksəklikdə 24 saat havada qala və 1350 kiloqram yük daşıya biləcək.



Әlaqәli Xәbәrlәr