“Microsoft” “iPadOS” üçün “Office” təqdim etdi

“Microsoft” korporasiyası “iPadOS” planşeti üçün “Office” proqramını təqdim edib

1585645
“Microsoft” “iPadOS” üçün “Office” təqdim etdi

 

  “Microsoft” şirkəti “Apple”ın planşetləri üçün universal “Office” proqramını təqdim edib. “Word”, “Excel” və “PowerPoint”i özündə birləşdirən yeni versiya “iPadOS” üçün tamamilə optimallaşdırılıb, bölünmüş ekran (Split View) rejimini, həmçinin klaviatura və “maus”u dəstəkləyir.

  Yenilənmiş “Office” indi “iPadOS” üçün universal proqramdır. Bir neçə yeni alət əlçatan olub: istifadəçilər PDF faylları yarada və imzalaya, şəkilləri mətn və cədvəllərə çevirə, həmçinin “Paylaşmaq” menyusundakı sənədləri tez bir şəkildə redaktə edə bilərlər.

  “Office” mobil proqramının yeni versiyası artıq “App Store” mağazasında əlçatandır.



Әlaqәli Xәbәrlәr