Türkiyənin yeni helikopteri "Gökbey"

Türkiyə müdafiə sənayesindəki bütün strateji ehtiyaclarını özü ödəyə, istehsal edə biləcək səviyyəyə çıxacaqdır.

1105601
Türkiyənin yeni helikopteri "Gökbey"

Türkiyə müdafiə sənayesindəki bütün strateji ehtiyaclarını özü ödəyə, istehsal edə biləcək səviyyəyə çıxacaqdır.

Bunu prezident Rəcəb Tayyib Ərdoğan Beştepe Millət Konqresi və Mədəniyyət Mərkəzində təşkil edilən “Türkiyənin Müdafiə Sənayesi” adlı zirvə toplantısında etdiyi çıxışda deyib.

Son 16 ildə atılan addımlar sayəsində ölkənin çox fərqli və iləri aparmağı bacardıqlarını bildirən Ərdoğan vurğulayıb ki, sadəcə təbii sərvətlər yaxud ticarətə əsaslanan pulunuzun olmağı müdafiə sənayesində müəyyən səviyyəyə çatmamış olsanız, azadlığınızın təmin olunmasına zəmanət vərmir.

Türkiyənin müdafiə sənayesi sahəsindəki  fəaliyyətlərini qiymətləndirən Ərdoğan “Bu günədək həyata keçirdiklərimizi müəyyən bir təcrübə kimi görürük. Ümid edirəm ki, bundan sonra bu yolda irəliləməkdə davam edəcəyik. Müdafiə sənayesi sahəsində qiyməti 60 milyard dollar olan 650 ayrı layihənin həyata keçirilməsi üçün fəaliyyətlər davam edir. “ATAK” helikopterini daha  güclü hala gətirəcəyik. Milli döyüş təyyarəmizi buraxmaq üçün cəhdlərimiz davam edir. Türkiyənin pilotlu və pilotsuz uçuş aparatlarının istehsalını reallaşdırdıq, bunların daha da güclüsünü buraxacağıq. “Altay” tankı da yeni texnologiyalarla inkişaf etdirildi” deyə qeyd edib.

Prezident Ərdoğan yerli və milli imkanlarla buraxılan və ümumi məqsədlərlə istifadə olunacaq helikopterin adının isə “Gökbey” olacağını açıqlayıb.  



Әlaqәli Xәbәrlәr