“Huawei” bu il 200 milyon smartfon satmağı qarşıya məqsəd qoyub
Hər bir şirkətin məqsədi smartfon satışları həcmlərini artırmaqdır.
Çinin iri smartfon istehsalçıları xarici bazarlarda mövcudluğunu artırır.
Hər bir şirkətin məqsədi smartfon satışları həcmlərini artırmaqdır.
"Xiaomi" cari ilin nəticələrinə əsasən 120-150 milyon ədəd cihaz satmağı qarşısına hədəf götürüb. Ötən il isə şirkət 93 milyon ədəd cihaz satışını həyata keçirib.
"Huawei" şirkəti 200 milyon ədəd smartfon satmağı qarşısına hədəf qoyub. Şirkət 2017-ci ildə 153 milyon ədəd smartfon sata bilib.
"Xiaomi" Hindistan bazarındakı mövcudluğunu artırmaqda davam etdirəcək. Burada şirkət ötən rüb ilk pillədəki "Samsung"u yerindən artıq tərpədə bilib. Həmçinin "Xiaomi" ötən il Qərbi Avropa bazarına çıxıb.
"Huawei"ə gəldikdə isə, onun ABŞ-a yolu hələ görünmür. Bu səbəbdən şirkət əsas diqqətini artıq mövcud olduğu bazarlara yönəldib.
Milli.Az
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub