Beş saniyəyə enerji yığan batareya hazırlanıb
Beş saniyəyə tam enerji yığan aliminium-qrafen batareya hazırlanıb.
Çinin Cıcian universitetinin polimer elmlər və mühəndislik departamentinin mütəxəssisləri beş saniyəyə tam enerji yığan aliminium-qrafen batareya hazırlayıblar. Sürətli enerjiyığma rejimində isə batareya 1,1 saniyəyə tam dolur.
Hazırlanmasında anod üçün qrafen lent, katod üçün isə alüminiumdan istifadə edilən yeni batareyanın 250 min dəfə enerji yığacaq qədər ömrü var. Bu, o deməkdir ki, hər hansı smartfona yerləşdirilən batareya gündə 10 dəfə enerji yığsa belə, 70 il istifadə oluna bilər.
Cıcian Universitetinin alimləri hazırladıqları bartareyanın mənfi 40 dərəcə və müsbət 120 dərəcə temperatura davamlı olduğunu iddia etsələr də, onun kütləvi şəkildə istehsalı və istifadəsi üçün texniki baxımdan hələ çox iş görmək lazım gəldiyini bildirirlər.
Milli.Az
Әlaqәli Xәbәrlәr
Türkiyəli alim “Alexander von Humboldt Professorship” mükafatına layiq görüldü
Tədbirdə 12 alimə “Aleksandr fon Humboldt professoru” adı verilib
Avtomobillərdəki alov gecikdirən kimyəvi maddələr kanserogen yayırmış
Araşdırma məqaləsi “Environmental Science & Technology” jurnalında dərc olunub