“Kanadanın ən yaxşı beyni” müsəlman qız oldu

Kanadada lisey şagirdləri üçün elan edilən “National Brain Bee” (Milli Beyin Arısı) yarışmasını 17 yaşlı müsəlman qız qazanıb

508476
“Kanadanın ən yaxşı beyni” müsəlman qız oldu

   Vaterloo şəhərindən yarışmağa qatılan Nuran Əbu Mazen 17 yaşlı yüzlərlə lisey rəqibini geridə qoyaraq “Kanadanın ən yaxşı beyni” adını əldə edib.

  Hamilton şəhərindəki Mak Master Universitetinin Nevrologiya fakültəsinin professorlarının hazırladığı imtahanda Nuran Əbu Mazen nevroloji əlaqə və laboratoriya bacarığı üzrə birincilik qazanıb. Yarışmadan sonra ona 1500 Kanada dolları (3.2 min TL) pul mükafatı, Hamilton MakMaster Universitetində vevrolojiya fakültəsində oxumaq üçün qəbul və təqaüd sənədləri verilib.

  Nuran Əbu Mazen 30 iyun - 4 iyul tarixləri arasında Danimarkanın paytaxtı Kopenhagendə keçiriləcək Beynəlxalq Beyin Arıları Çempionatında Kanadanı təmsil edəcək.

  Qeyd edək ki, ilk dəfə 1996-cı ildə Amerika Birləşmiş Ştatlarında “Society for Neuroscience” (Nevrolojiya Birliyi) tərəfindən təşkil edilən “Brain Bee” yarışması lisey şagirdlərinin beyin araşdırmalarına marağı ölçmək üçün edilir. Dünyanın 35 ölkəsində hər il keçirilən və təyin olunan birincilər hər hansı ölkədə təşkil edilən beynəlxalq yarışmalarda alimlər qarşısında nevroloji biliklərini sərgiləyirlər. Bu cür yarışlar beyin araşdırmaları mövzusunda gələcəyin alimlərini müəyyən edir.



Әlaqәli Xәbәrlәr