“Barmaq” Telefon!

Hər hansı bir saata kəmər olaraq taxıla bilən bu yeni sistem bluetooth vasitəsilə telefonunuza bağlanır.

470061
“Barmaq” Telefon!

Ağıllı saat kəməri “TipTalk” ilə telefonunuza gələn mesaj və zəngləri barmağınızın köməyilə dinləyə biləcəksiniz.

Hər hansı bir saata kəmər olaraq taxıla bilən bu yeni sistem bluetooth vasitəsilə telefonunuza bağlanır. Telefonunuza gələn mesaj və zəngləri isə titrəyərək sizə xəbər verir. Lakin bu sistemin xüsusiyyətləri bununla bitmir. Gələn mesaj və zəngləri səsli dinləmək istəsəniz barmağınızı qulağınıza yaxınlaşdırmağınız kifayət edəcək. Yəni bu kəmər sizin bədəninizin keçiricilik xüsusiyyətindən istifadə edərək səsi barmaq vasitəsilə qulağınıza ötürə bilir.

Cihaz bununla yanaşı həm də fitness qolbağı olaraq istifadə oluna bilər. İdman edərkən atdığınız addımları və ürək döyüntülərinizi ölçən “TipTalk” bu məlumatları ağıllı telefonunuza göndərərək yaddaşda saxlayır. Ağıllı kəmər həm İOS həm də Android əməliyyat sistemlərində işləyə bilir.

Şirkətin mətbuat mərkəzi cihazın bu il satışa çıxacağını bildirib.



Әlaqәli Xәbәrlәr