Mahmud Abbas Səudiyyə Ərəbistanına səfər edib

Fələstin dövlət başçısı Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb

2180689
Mahmud Abbas Səudiyyə Ərəbistanına səfər edib

Fələstin dövlət başçısı Mahmud Abbas Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla görüşüb.
Məlumata görə Fələstin dövlət başçısı Səudiyyə Ərəbistanına səfər edib.
İşğal olunmuş Fələstin torpaqlarında baş verən son hadisələrin müzakirə edildiyi görüşdə İsrailin Qəzza zolağı və İordan çayının qərb sahilinə hücumlarının dayandırılması üçün göstərilən regional və beynəlxalq səylər gündəmə gəlib.
Mahmud Abbas görüş zamanı İsrail rəhbərliyinin Fələstindəki müqəddəs məkanlara qarşı münasibətinə və İsrailin milli təhlükəsizlik naziri İtamar Ven Qvirin Əqsa məscidi ilə bağlı planlarına diqqət çəkib.
Mahmud Abbas görüş zamanı həmçinin Fələstin administrasiyasının digər rəsmiləri ilə birlikdə Qəzza zolağına getməyi planlaşdırdıqlarını deyib.
Məhəmməd bin Salman da öz növbəsində Səudiyyə Ərəbistanının Fələstinin mübarizəsinə dəstək verdiyini ifadə edərək Qəzza zolağında dərhal atəşkəsin təmin olunmasının vacibliyini vurğulayıb.



Әlaqәli Xәbәrlәr