ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında

ABŞ dövlət katibinin Səudiyyə Ərəbistanından sonra İsrail və İordaniyaya səfər edəcəyi gözlənilir

2133158
ABŞ dövlət katibi Səudiyyə Ərəbistanında

 

  ABŞ dövlət katibi Entoni Blinken Yaxın Şərq böhranını müzakirə etmək üçün Səudiyyə Ərəbistanına səfər edib. Bu barədə AFP agentliyi məlumat yayıb.

  Birləşmiş Ştatların Dövlət Departamenti daha əvvəl E.Blinkenin Qəzza zolağında atəşkəs əldə etmək, Fələstin əhalisinə humanitar yardım çatdırmaq və israilli girovlarla bağlı danışıqlar aparmaq üçün Səudiyyə Ərəbistanına iki günlük səfər edəcəyini açıqlamışdı.

  Entoni Blinken paytaxt Ər-Riyadda ölkənin ali rəhbərliyinin nümayəndələri ilə görüşüb, həmçinin beş ərəb dövləti - Misir, İordaniya, Qətər, Birləşmiş Ərəb Əmirlikləri və Səudiyyə Ərəbistanından olan həmkarları ilə məsləhətləşmələr aparacaq. Onlar Qəzza sektorunun müharibədən sonrakı gələcəyini müzakirə edəcəklər. E.Blinkenin Ər-Riyadda Səudiyyə Ərəbistanı ilə İsrail arasında münasibətlərin normallaşdırılması mövzusuna da toxunacağı gözlənilir.

  ABŞ-ın dövlət katibi daha sonra İordaniya və İsrailə gedəcək. O, Binyamin Netanyahu ilə görüşündə Qəzza sektorunda humanitar vəziyyətin yaxşılaşdırılması üçün növbəti addımları müzakirə edəcək. Sonra E.Blinkenin İordaniyaya səfər edəcəyi gözlənilir.



Әlaqәli Xәbәrlәr