İsrail son 200 gündə İordan çayının qərb sahilində və Şərqi Qüdsdə 8430 fələstinlini həbs edib

Oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə hücumlar törədən İsrail  bu bölgələrdə azı 8430 nəfəri saxlayıb.

2131366

Qəzza zolağı 200 gündür İsrail qüvvələrinin hücumlarına məruz qalır.

Fələstinli Məhbuslar Klubundan verilən bəyanata görə, İsrail son 200 gündə işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə azı 8430 nəfəri saxlayıb.

Məlumata görə, saxlanılanların 280-i qadın, 540-ı isə uşaqdır.

Bəyanatda həmçinin qeyd olunub ki, İsrail oktyabrın 7-dən bu yana işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə 8430 fələstinlini həbs edib, həbsxanalardakı fələstinlilərin ümumi sayı 9500-ü keçib, onlardan 3660-ı inzibati həbs cəzası alıb.

Fələstin Səhiyyə Nazirliyinin məlumatına görə, oktyabrın 7-dən bəri İordan çayının qərb sahilində qanun pozuntularını artıran İsrail qüvvələrinin və qeyri-qanuni yəhudilərin hücumları nəticəsində  122-si uşaq və 4-ü də qadın olmaqla 487 nəfər ölüb, 4900 adam da yaralanıb.

Әlaqәli Xәbәrlәr