İsrail qüvvәlәri  İordan çayının qәrb sahilindә 487 fәlәstinlini qәtlә yetirdi

İsrail qüvvələri oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahilində  487 fələstinlini qətlə yetirib.

2131492
İsrail qüvvәlәri  İordan çayının qәrb sahilindә 487 fәlәstinlini qәtlә yetirdi

İsrail qüvvələri oktyabrın 7-dən etibarən işğal altındakı İordan çayının qərb sahilində  487 fələstinlini qətlə yetirib.

Fələstin Səhiyyə Nazirliyindən verilən məlumata görə, İsrailin İordan çayının qərb sahilindəki Erixa şəhərinə təşkil etdiyi hücumlar nəticəsində 1 nəfər ölüb, El Halil və Selfit şəhərlərində isə 1-i ağır olmaqla 5 nəfər yaralanıb.

Məlumata görə, oktyabrın 7-dən bu yana İsrail qüvvələri və yəhudilərin İordan çayının qərb sahilində törətdiyi hücumlar nəticəsində 122-si uşaq, 4-ü də qadın olmaqla 487 nəfər ölüb, 4900 nəfər yaralanıb.

Həyatını itirənlər arasında İsrail həbsxanalarında olan 10 məhbusun da olduğu bildirilib.

İsrail ordusunun 2023-cü ilin 7 oktyabr tarixindən etibarən işğal altındakı İordan çayının qərb sahili və Şərqi Qüdsdə fələstinlilərə qarşı zorakılıq aktlarında artım müşahidə olunub.



Әlaqәli Xәbәrlәr