İsrail Fələstin üçün “hə” deyən ölkələrə səsləndi

İsrail Xarici İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı məlumata görə ...

2130345
İsrail Fələstin üçün “hə” deyən ölkələrə səsləndi

 

  İsrail Xarici İşlər Nazirliyi Fələstinin Birləşmiş Millətlər Təşkilatı Təhlükəsizlik Şurasında (BMT TŞ) BMT-yə tamhüquqlu üzvlüyünü tələb edən qətnamənin lehinə səs verən ölkələrin səfirlərinin nazirliyə dəvət ediləcəyini və etiraz olunacağını açıqlayıb.

  İsrail Xarici İşlər Nazirliyi Mətbuat Xidmətindən verilən yazılı məlumata görə, nazir Yisrael Katzın göstərişi ilə Fələstinin BMT TŞ-nin tamhüquqlu üzvlüyünə “hə” deyən ölkələrin İsraildəki səfirləri aprelin 22-də nazirliyə çağırılacaq.

  Bəyanatda Fransa, Yaponiya, Cənubi Koreya, Malta, Slovakiya və Ekvador səfirlərinə nota veriləcəyi bildirilib.

  Qeyd edək ki, Fələstin 2011-ci ildə BMT-yə tamhüquqlu üzv olmaq üçün müraciət etsə də, BMT Təhlükəsizlik Şurasında lazımi dəstəyi almamış, 2012-ci ildə BMT-nin “daimi müşahidəçi statusu” qazanmışdı. Fələstinin BMT-dəki daimi nümayəndəsi Riyad Mənsur 2024-cü il aprelin 2-də BMT-nin baş katibi Antonio Quterreşə məktub göndərərək üzvlük müraciətlərinə yenidən baxılmasını istəmişdi. A.Quterreş də aprelin 3-də Fələstinin tələbini gündəmə gətirdi.

  Fələstinin BMT-yə tamhüquqlu üzvlüyü üçün BMT Təhlükəsizlik Şurasında müzakirəyə çıxarılan qətnamə layihəsi daimi üzv olan ABŞ-ın vetosu ilə rədd edildi.

  ABŞ qanun layihəsinə əleyhinə, İngiltərə və İsveçrə bitərəf, Rusiya, Çin, Fransa, Əlcəzair, Malta, Ekvador, Qayana, Sloveniya, Sierra Leone, Mozambik, Cənubi Koreya və Yaponiya isə lehinə səs verib.



Әlaqәli Xәbәrlәr