Sergey Lavrov İsraillə İran arasındakı gərginliyi qiymətləndirib

Sergey Lavrov Rusiya mətbuat orqanlarına müsahibə verib.

2130039
Sergey Lavrov İsraillə İran arasındakı gərginliyi qiymətləndirib

Rusiyanın xarici işlər naziri Sergey Lavrov bəyan edib ki, Qərb beynəlxalq ictimaiyyətin diqqətini Qəzza zolağında baş verənlərdən İran təhlükəsinə yönəltmək istəyir.
Sergey Lavrov Rusiya mətbuat orqanlarına müsahibə verib.
İran və İsrail arasındakı gərginliyə toxunan Sergey Lavrov Rusiyanın İran və İsraillə telefon əlaqəsi saxladığını bildirib.
''Telefon danışıqlarında İranın gərginlik istəmədiyi barədə fikirlərini açıq şəkildə İsrail tərəfinə çatdırdıq'',-deyə Sergey Lavrov qeyd edib.
Qərb ölkələrinin İranın nüvə silahından istifadə etmək istəməsi ilə bağlı açıqlamalarını qiymətləndirən Sergey Lavrov deyib: “Burada təhlükə yaradan məsələ beynəlxalq ictimaiyyətin diqqəti Qəzza zolağında baş verən hadisələrdən İrana yönəltməsidir''.
Sergey Lavrov İranın nüvə silahına malik olmadığını və bunun Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) tərəfindən də təsdiqləndiyini bildirib.



Әlaqәli Xәbәrlәr