İsrail Rəfaha hücum etdi, ölən və yaralananlar var

İsrail ordusunun Qəzza zolağının cənubundakı Rəfahın müxtəlif bölgələrinə təşkil etdiyi hücumlar nəticəsində azı 8 fələstinlinin həlak olduğu açıqlanıb.

2130043

Səhiyyə mənbələrinin yaydığı məlumata görə, İsrail ordusu beynəlxalq ictimaiyyətin bütün xəbərdarlıqlarına baxmayaraq Rəfahın şərq və qərbindəki evlərə hücum edib.
Rəfahın şərqindəki Es-Salam rayonunda törədilən hücumda bir fələstinli ölüb. Hücum nəticəsində yaralananların da olduğu, ancaq yaralıların sayı ilə bağlı dəqiq məlumat verilməyib.
Şəhərin qərbindəki Tel əl-Sultan məhəlləsində Rıdvan ailəsinə məxsus evin bombalanması nəticəsində 7 fələstinli həyatını itirib, çox sayda adam da yaralanıb.
Yaralılar Rəfahdakı Küveyt xəstəxanasına aparılıb. Mülki müdafiə qruplarının ölü və yaralıları dağıntılar altından çıxarmağa davam etdiyi bildirilib. Ölənlərin sayının arta biləcəyi istisna olunmayıb.

Etiketlәr: #hücum , #İsrail

Әlaqәli Xәbәrlәr