Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

"İnterfaks" agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, ''Tu-22M3'' tipli  strateji bombardmançı təyyarəsi səhər saatlarında ölkənin cənubundakı Stavropol vilayətində qəzaya uğrayıb.

2129751
Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb.
"İnterfaks" agentliyinin Rusiya Müdafiə Nazirliyinə istinadən yaydığı məlumata görə, ''Tu-22M3'' tipli  strateji bombardmançı təyyarəsi səhər saatlarında ölkənin cənubundakı Stavropol vilayətində qəzaya uğrayıb.
Nazirlik bombardmançı təyyarədə olan 4 pilotun tullandığını, onlardan üçünün xilas edildiyini, dördüncü pilotun axtarışlarının davam etdiyini açıqlayıb.
Qəzanın texniki nasazlıq səbəbindən olduğu bildirilib.

Digər tərəfdən, Ukrayna Hərbi Hava Qüvvələri Komandanlığı Rusiyanın "Tu-22M3" tipli bombardmançı təyyarəsini vurduqlarını iddia edib.



Әlaqәli Xәbәrlәr