Əfqanıstanda daşqınlar nəticəsində həyatını itirənlərin sayı 70 nəfərə çatıb

Əfqanıstanda yağan aramsız yağışların  səbəb olduğu daşqınlar nəticəsində həyatını itirənlərin sayı 70-ə, yaralıların sayı isə 56-ya yüksəlib.

2129735

Milli Fovqəladə Hallar Agentliyinin sözçüsü Canan Saeq daşqın nəticəsində ölənlərin sayının 70-ə, yaralıların sayının isə 56-ya yüksəldiyini açıqlayıb.
Saeq 2500-dən çox evin dağıldığını və ya zərər gördüyünü, 2000-dən çox heyvanın tələf olduğunu, 95 min hektar kənd təsərrüfatı sahəsinə böyük ziyan dəydiyini bildirib.
Meteorologiya xidməti leysan yağışların daha 4 gün davam edəcəyi ilə bağlı xəbərdarlıq edib.

Әlaqәli Xәbәrlәr