Rusiya Çerniqov şəhərinə hücum etdi, ölən və yaralananlar var
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov şəhərinə təşkil etdiyi raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
Ukrayna prezidenti Volodimir Zelenski Rusiyanın Çerniqov şəhərinə təşkil etdiyi raket hücumu nəticəsində 10 nəfərin öldüyünü, 20 nəfərin yaralandığını bildirib.
Volodimir Zelenski rəsmi internet səhifəsində etdiyi paylaşımda Rusiyanın Çerniqov şəhərinə raket hücumu təşkil etdiyini qeyd edib.
Hücumun baş verdiyi ərazidə axtarış-xilasetmə işlərinin davam etdiyini qeyd edən Volodimir Zelenski deyib: "İnsanların dağıntılar altında qalıb. İndiyədək 20 nəfər yaralanıb, 10 nəfər ölüb. Ailələrinə və yaxınlarına başsağlığı verirəm''.
Çerniqov Bələdiyyə Başçısı Oleksandr Lomako da mətbuata hücumla bağlı verdiyi açıqlamada 8 mərtəbəli sosial obyektin hədəf alındığını, binaya və ətrafdakı avtomobillərə ziyan dəydiyini vurğulayıb.
Әlaqәli Xәbәrlәr
Volodimir Zelenski: ''Rusiya yeni hücumlara hazırlaşır''
Ukrayna prezidenti Volodimir Zelenski Rusiya ordusunun yeni hücumlara hazırlaşdığını qeyd edib.