İsrail döyüş təyyarələri Meqazi qaçqın düşərgəsini hədəf aldı

İsrail döyüş təyyarələrinin Qəzza zolağının mərkəzi hissəsindəki Meqazi qaçqın düşərgəsindəki uşaq meydançasına təşkil etdiyi hücum nəticəsində 10 nəfər həyatını itirib.

2128984

Şahidlər İsrail döyüş təyyarələrinin Meqazi Qaçqınlar Düşərgəsindəki uşaq meydançasını hədəf aldığını vurğulayıblar.
Şahidlər hücuma məruz qalan mülki şəxslərin əksəriyyətinin uşaqlar olduğunu və uşaqların oyun meydançasında oyuncaqlarla oynayarkən İsrail döyüş təyyarələrinin hədəfinə çevrildiyini bildirib.
Həyatını itirən 10 nəfərin cənazələri Deyr əl-Belahdakı Əqsa Şəhidləri Xəstəxanasına aparılıb.
İsrailin 7 oktyabrdan bəri Qəzza zolağına təşkil etdiyi hücumlarda 14 500-ü uşaq, 9 560-ı da qadın olmaqla 33 843 fələstinli həyatını itirib, 76 575-i yaralanıb.

Әlaqәli Xәbәrlәr