“İrana cavab verməzdən əvvəl diqqətlə düşünmək lazımdır”, C.Bayden
Bayden Netanyahu ilə telefonda danışığı ilə bağlı jurnalistlərə açıqlama verərək bildirib ...
2128016
ABŞ prezidenti Co Bayden İsrailin baş naziri Benyamin Netanyahuya İranın hücumlarına cavab verməzdən əvvəl diqqətlə düşünmək barədə xəbərdarlıq edib.
Bayden Netanyahu ilə telefonda danışığı ilə bağlı jurnalistlərə açıqlama verərək bildirib: “Benyamin Netanyahuya “Gərginliyin artması riskini diqqətlə nəzərdən keçirmək və məsələyə strateji prizmadan yanaşmaq lazımdır” dedim.
İsrail ABŞ-a İranla gərginliyi artırmaq niyyətində olmadığını açıq şəkildə bildirdi".
İsrailin mümkün cavab hücumuna dəstək vermə ehtimalı ilə bağlı suala isə Bayden ABŞ-ın belə planı olmadığını söyləyib.