Stefan Dujarrik: ''Xan Yunisdəki küçələr partlamamış hərbi sursatla doludur''

BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.

2126907
Stefan Dujarrik: ''Xan Yunisdəki küçələr partlamamış hərbi sursatla doludur''

Birləşmiş Millətlər Təşkilatı (BMT) Xan Yunisdəki küçə və ictimai yerlərin partlamamış hərbi sursatlarla dolu olduğunu, bunun mülki əhali, xüsusilə də uşaqlar üçün böyük təhlükə yaratdığını açıqlayıb.
BMT-nin sözçüsü Stefan Dujarrik keçirdiyi gündəlik mətbuat konfransında məsələ ilə bağlı açıqlama verib.
BMT-dən bir qrupun dünən Xan Yunisdəki vəziyyəti qiymətləndirdiyini  ifadə edən Stefan Dujarrik deyib: "Komandamız ziyarət etdiyi hər binada böyük dağıntı ilə üzləşdi''.
Xan Yunisdəki yollara ciddi ziyan dəydiyini bildirən Stefan Dujarrik deyib:"Xan Yunisdəki küçə və ictimai yerlər partlamamış hərbi sursatlarla doludur.  Bu, mülki şəxslər, xüsusilə uşaqlar üçün böyük təhlükə yaradır. Komandamız təxminən 453 min kiloqram bombanın  küçələrdə və məktəblərdə qaldığını dedi''.
''Həmas''ın Siyasi Bürosunun sədri İsmayıl Haniyənin 3 oğlu və 4 nəvəsinin öldürülməsi ilə bağlı sualı cavablandıran Stefan Dujarrik deyib: ''Münaqişə başlayandan bəri biz hər zaman uşaqların nə qədər böyük bir yük daşımaq məcburiyyətində qaldığına diqqət çəkmişik''.
Xatırladaq ki, İsrail ordusu aprelin 7-də verdiyi bəyanatda Qəzza zolağının cənubundakı Xan Yunisdən geri çəkildiyini açıqlayıb.



Әlaqәli Xәbәrlәr