ABŞ Ukraynaya “Hawk” sisteminin təcili satışına icazə verib
Bu barədə ABŞ Dövlət Departamentindən verilən bəyanatda bildirilib.
2126787
ABŞ Dövlət Departamenti “Hawk” zenit raket kompleksinin vacib təmiri və ehtiyat hissələrini təmin etmək üçün Ukraynaya 138 milyon dollarlıq hərbi məhsulların təcili satışına icazə verib.
Bu barədə ABŞ Dövlət Departamentindən verilən bəyanatda bildirilib.
Bəyanatda qeyd olunub ki, “Hawk” sistemləri Ukraynaya öz xalqını və kritik infrastrukturunu qorumaq qabiliyyətini gücləndirmək imkanı verəcək.