Parisdə yaşayış binasında güclü partlayış, ölənlər var

Fransanın paytaxtı Parisdə yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayış nəticəsində  3 nəfər həyatını itirib.

2125830
Parisdə yaşayış binasında güclü partlayış, ölənlər var

Fransanın paytaxtı Parisdə yaşayış binasının 7-ci mərtəbəsindəki mənzildə baş verən partlayış nəticəsində  3 nəfər həyatını itirib.
Məlumata əsasən, hadisə Fransanın paytaxtı Parisin 11-ci məhəlləsində qeydə alınıb. Partlayışın naməlum səbəbdən baş verdiyi bildirilir.
Partlayış nəticəsində mənzildə baş verən yanğından xilas olmağa çalışan və təşvişə düşərək pəncərədən tullanan bir nəfər dünyasını dəyişib.
Hadisə yerinə gələn yanğınsöndürənlərin müdaxiləsi nəticəsində yanğın söndürülüb, partlayış baş verən mənzildə 2 cəsəd tapılıb.
Təxliyə edilən bina sakinlərinin 2 saatdan sonra evlərinə daxil ola bildikləri bildirilib.



Әlaqәli Xәbәrlәr