Nigeriyada girov götürülən 100 adam xilas edilib

Nigeriya polisi ötən ay Katsina əyalətində həyata keçirilən əməliyyatlar zamanı girov götürülən 100-dən çox adamı xilas etdiyini açıqlayıb.

2125849
Nigeriyada girov götürülən 100 adam xilas edilib

Nigeriya polisi ötən ay Katsina əyalətində həyata keçirilən əməliyyatlar zamanı girov götürülən 100-dən çox adamı xilas etdiyini açıqlayıb.
Katsina əyalət polisinin sözçüsü Abubakar Sadiq Aliyu verdiyi açıqlamada polisin martın 1-dən 31-dək ştatın müxtəlif yerlərində silahlı dəstə üzvlərinə qarşı əməliyyatlar keçirdiyini bildirib.
Aliyu qeyd edib ki, əməliyyatlar zamanı girov götürülən 100-dən çox adam xilas edilib.
Əməliyyatlar zamanı 5 silahlı dəstə üzvünün öldürüldüyünü bildirən Aliyu, 64 silahlı dəstə üzvünün də ələ keçirildiyini qeyd edib.
Qeyd edək ki, Nigeriya silahlı dəstələrlə yanaşı, Boko Haram və DEAŞ-ın Qərbi Afrika qolu ISWAP-la mübarizə aparır.



Әlaqәli Xәbәrlәr