Devid Kameron Qәzzadakı vәziyyәti qiymәtlәndirib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron ölkəsinin İsrailə dəstəyinin qeyd-şərtsiz olmadığını bəyan edib.

2126003
Devid Kameron Qәzzadakı vәziyyәti qiymәtlәndirib

Böyük Britaniyanın xarici işlər naziri Devid Kameron ölkəsinin İsrailə dəstəyinin qeyd-şərtsiz olmadığını bəyan edib.

Kemeron "The Sunday Times" qəzeti üçün yazdığı məqalədə İsrailin Qəzzaya təşkil etdiyi hücumları qiymətləndirib.

“World Central Kitchen''  (WCK) beynəlxalq yardım təşkilatının əməkdaşlarına hücuma toxunan Devid Kameron 3 Britaniya vətəndaşının həyatını itirdiyini xatırladıb.

İsrailin səhvini qəbul edib məsuliyyəti öz üzərinə götürdüyünə diqqət çəkən Devid Kameron bunun bir daha təkrarlanmaması lazım olduğunu bildirib.

Devid Kameron Qəzzaya yeni yardım dəhlizlərinin açılacağı və yardımların daha çox sərhəd qapısından bölgəyə daxil olacağı ilə bağlı xəbərin sevindirici olduğunu vurğulayıb.

İsrailin özünü müdafiə haqqına dəstək verməyə önəm verdiklərini qeyd edən Devid Cameron deyib: "Əlbəttə ki, dəstəyimiz qeyd-şərtsiz deyil. İsraildən beynəlxalq humanitar hüquqa əməl etməsini gözləyirik".

Devid Kameron Qəzzada hücumların bitməyəcəyi ehtimalına da toxunaraq deyib: "İşğalçı dövlət olan İsrailin Qəzza xalqı qarşısında öhdəlikləri var''.



Әlaqәli Xәbәrlәr